Ən çox izlənən videolar

Hava limanında gücləndirilmiş iş - VİDEO

Çində baş qaldıran koronavirusa yoluxanların sayı artmaqdadır. Xəstəliyə 4500-dən çox insan yoluxub, onlardan da 106-ı dünyasını dəyişib. Bununla bağlı ölkəmizdə də profilaktik tədbirlər görülür. Bütün sərhədlərdə, eləcə də hava limanında gücləndirilmiş iş rejimi davam edir. Heydər Əliyev Beynəlxalq Hava Limanında həkimlər və epidemiologiya xidməti işləyir. Hava limanının çıxış zonasında xüsusi kameralar quraşdırılıb. Termovizor vasitəsiylə ərazidə hərarəti 37-ni keçən şəxləri aşkarlamaq mümkündür. Çindən gələn hər bir sərnişin hava limanındaca yoxlanılır. Təyyarədən çıxan insanlar ilk olaraq dəhlizdə xüsusi aparatın önündən keçirlər. Əgər sərnişinin hərarəti 37-yə çatıbsa, aparat dərhal bu barədə məlumat verir.

O zamat həmin şəxs daha bir hərarət ölçən aparatla yoxlanılır.

Burada isə temperaturun daha da yüksək olduğu aşkarlanarsa, xüsusi ayrılmış sanitar-karantin müfəttişliyinə məlumat verilir. Nəticədə həmin sərnişinin müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsi edilir.

Qeyd edək ki, bu, yaxın 1 ay ərzindən Çindən Bakıya nəzərdə tutulan son aviareys olub. Belə ki, sözügedən ölkədə təxminən 1 aylıq tətillə əlaqədar bütün reyslər dayandırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar