Ən çox izlənən videolar

Türkiyədə zəlzələ baş verib - VİDEO

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Türkiyə KİV-nə istinadən xəbər verir ki, təkanlar Şırnak, Mardin, Diyarbakır və digər şəhərlərdə hiss edilib. Elazığ bələdiyyə sədri qorxulu vəziyyət olmadığını deyib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu komandalarının işə başladığını və gedişatı izlədiklərini bildirib.

Daxili İşlər naziri Süleyman Soylu zəlzələ zamanı 4-5 mərtəbəli binanın uçduğunu və dörd nəfərin öldüyünü 2 nəfərin isə yaralandığını açıqlayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar