Ən çox izlənən videolar

Mariya Zaxarova: “Ölkələrimiz arasında münasibətlərin vektoru müəyyəndir“ - VİDEO

"Rusiyada hökümətin dəyişməsinə baxmayaraq, Rusiya xarici siyasətinin təqsdiqlənmiş konsepsiyası var. O konsepsiyaya əsaslanaraq, ölkə prezidenti ölkənin beynəlxalq arenada inkişafı, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına dair kurs təsdiqləyib."

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova REAL TV-nin sualını cavablandırarkən bildirib.

"Azərbaycanla əlaqələrimiz daha dinamik ola bilər. Bu əlaqələr nəzərdə tutulmuş kursdan yalnız o halda çıxa bilər ki, onlar daha intensiv olsun. Ölkələr arasındakı münasibətlərin vektoru artıq müəyyənləşib, proqram da təsdiqlənib. Qalan iş onu reallaşdırmaqdan ibarətdir."

Bu kateqoriyadan digər videolar
Digər videolar