Ən çox izlənən videolar

İTS-dan yenilik - VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssiəslərində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında" qaydanı təsdiq edib.

Burada əmək haqlarına əlavələrin edilməsi üçün əsas meyarlar tibb müəssisələrinin fəaliyyəti ilə tənzimlənəcək.

Belə ki, tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

Qeyd edək ki, tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə maaşının 50 faizi, digər işçilərinə isə vəzifə maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar