Ən çox izlənən videolar

Fermada yaşayanların ev arzusu - VİDEO

Bura Cəlilabad rayonu Uzuntəpə kəndidir.

Şuşa şəhərindən olan məcburi köçkünlər 30 ilə yaxındır ki, qəzalı vəziyyətdə olan tiklilərdə yaşayırlar. Uzuntəpə kəndində mövcud olan sözügedən tikililər sovetlər dönəmində Ferma kopleksi olub.

Məcburi köçkünlər burada məskunlaşdırılarkən tikililər istifadəsiz halda olub. Ötən əsrin 70 ci illərində inşa olunmuş bu fermanın qalıqları artıq qəzalı durumdadır. Əksər yerlərdə ferma binalarının divararlarında iri çatlar yaranıb. Bu da hər an tikililərin üçma riskini artırır.

Məcburi köçkün ailələri deyirlər ki, ailələrin sayı artıqca yeni evlər tikməyə maddi imkanları olmadığı üçün bu köhnə tikilinin içinə yeni otaqlar əlavə etməyə məcbur olublar. Tavan və döşəməsi belə olmayan bəzi otaqlarda əksər hallarda rütübət yarınır ki, bu da ailə üzvlərinin tez tez xəstələməsinə səbəb olur.

Bundan başqa sakinlər bildirir ki, divarın çatlarından yaşadıqları yerə ilanlar və digər gəmiricilər girir. Indi onların bir istəyi var, evlə təmin olunsunlar.

Qeyd edək ki, Cəlilabadda hazırda sözügedən fermada 20-ə yaxın Məcburi köçkün ailəsi yaşayır. Ümumilikdə isə rayonda 240 a yaxın məcburi köçkün qeydiyyatdadır.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hazırda Cənub bölgəsində, Lənkəranda Məcburi köçkünlər üçün yeni yaşayış binası inşa olunur. "Burada işlər yekunlaşdıqdan sonra Cəlilabadda da qaçqın ailələri üçün yeni mənzillərin inşa olunması istisna olunmur."

Bu kateqoriyadan digər videolar
Digər videolar