Ən çox izlənən videolar

Xəzər dənizinin suyu azalır: Səviyyə -28 həndəvərindədir - VİDEO

Coğrafiya institutunun direktoru Ramiz Məmmədov və ETSN-in şöbə müdiri Rasim Səftərzadə "Real İntervyu"nun qonağıdır.

"Xəzər dənizini digər su həcmlərindən fərqləndirən səciyyəvi xüsusiyyəti onun səviyyəsinin geniş diapozonda daima dəyişməsidir. Xəzər ətrafında yaşan insan bunu nəzərə almalıdır. Xəzərdə səviyyə -28 həndəvərindədir. Amma səviyyənin azalması da sahilin uzaqlaşmasına gətirir. Uzun müddət bu davam etsə insanlar öz fəaliyyətində düzəlişlər etməlidir. Qlobal iqlim dəyişmələri bütün su hövzələrinə təsir göstərir. Bunlar hamısı su balansının dəyişməsinə gətirib çıxarır. Volqa çayı Xəzərin 80 faizini təşkil edir. Xəzərin səviyyəsi ondan çox asılıdır. Geniş ərazilərədə baş verən iqlim dəyişkənliyi Xəzərin səviyəyəsinə təsir edir. 

Xəzər dənizinə Volqadan başaqa 120 çay axır. Onlardan Kür, Ural çayı Xəzər dənizinə axır. Bundan əlavə səthə düşən yağıntıların miqdarı və yeraltı sular da daxildir. Xəzər dənizinə yeraltı sulardan 4-5 kubmetr həcmində su daxil olur. İldə səthdən 1 metr qalınlığında su buxarlanır", - deyə Coğrafiya institutunun direktoru Ramiz Məmmədov bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar