Ən çox izlənən videolar

Rusiya XİN jurnalistləri mükafatlandırıb - VİDEO

Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi TASS agentliyinin Diplomatik Strukturlarla Əlaqələr üzrə bölməsinin rəhbəri Səadət Kadırovanı mükafatlandırıb.

Səadət Kadırova “Xəyallar gerçəkləşir" layihəsi çərçivəsində "Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri"ni birləşdirdiyinə görə Rusiya Xаrici İşlər Nаzirliyinin "Xarici siyasətin önündə" nominasiyasının qalibi olub.

"Xəyallar gerçəkləşir" S.Kadırova “YouTube”dakı “Kadyrovaonline” kanalında müəllif layihəsidir.

Rusiyanın mətbuat gününə həsr edilmiş mükafatlandırma mərasimi “Four Seasons” mehmanxanasında Moskva Jurnalistləri İttifaqının qəbulunda olub. Mükafatı S.Kadırovaya Rusiya Federasiyası Xаrici İşlər Nаzirliyinin rəsmisi Mariya Zaxarova təqdim edib.

Qeyd edək ki, Kadırova Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyindən mükafat alan birinci azərbaycanlı olub. O, həmçinin bu il TASS-ın nazirlik tərəfindən mükafatlandırılan yeganə jurnalistidir.

Bu kateqoriyadan digər videolar
Digər videolar