Ən çox izlənən videolar

YAP-da 20 Yanvar hadisələrı ilə bağlı tədbir keçirilib - VİDEO

20 Yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən böyük qanlı bir cinayət idi. Bu sözləri YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 20 Yanvar qırğının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə dedi.

Çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında vurğuladı ki, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əliliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

Bugünədək 116 20 Yanvar əlil və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib.qeyd ediib ki, 2019-cu ildə 34 20 Yanvar şəhidi ailəsi mənzillə təmin olunub”.

Tədbirdə həmçinin “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, 20 yanvar 1990-cı ildə anadan olan Esmira Hüseynzadə və 20 Yanvar şəhidinin ailə üzvü Aslan Əzimzadə çıxış edərək 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməsinin vacibliyini vurğuladılar.

Bu kateqoriyadan digər videolar
Digər videolar