Ən çox izlənən videolar

Aqrar sahənin elektronlaşdırılması - VİDEO

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı və payızlıq əkinlərin bəyan prosesi davam edir. Bu günə qədər 415 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək, özünə şəxsi kabinet yaradıb.

Payızlıq əkinləri bəyan edən fermerlərin sayı isə 225 min nəfərə çatıb. Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və bəyan prosesini qrafikə uyğun optimal müddətdə başa çatdırmağı planlaşdırır. Bunun Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qobustan və İsmayıllı rayonlarında EKTİS-in tətbiqi ilə bağlı fermerlərlə keçirdiyi görüşlərdə deyib.

Nazir müavini bildirib ki, aqrar subsidiyaların verilməsində əsas rolu payızlıq əkinlərin bəyan edilməsi oynayır.

Kənd Təsərrüfatı Nazirliyinin EKTİS-in tətbiqinə məsul şəxslərindən ibarət nümayəndə heyəti Qəbələ və Oğuz rayonlarında da analoji görüşlər keçiriblər. Görüşlərdə fermerlərə EKTİS-in tətbiqinin üstünlükləri, yeni subsidiya mexanizminin xüsusiyyətləri, qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etmək proseduru barədə ətraflı məlumat verilib.

İndiyədək 40 rayonda EKTİS-in tətbiqi, yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı fermerlərlə görüşlər, məlumatlandırma sessiyaları keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar