Ən çox izlənən videolar

Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən anım tədbirində Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub.

Sonra İohan Sebastyan Bax, Tomazo Albinoni, Eduard Napravnik, Fikrət Əmirov və digər bəstəkarların əsərləri səsləndirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar