Ən çox izlənən videolar

Seçki mühiti - VİDEO

Növbədənkənar parlament seçkilərində gələn il yanvarın 17-də başlayacaq təşviqat mərhələsində MSK namizədlər üçün maksimum şərait yaradacaq. Bunu REAL-a açıqlamasında MSK katibi Mikayıl Rəhimov dedi. Onun sözlərinə görə, seçki komissiyaları Seçki Məcəlləsinin tələblərini yerinə yetirəcəklər.

MSK namizədlərin də seçki qanunvericiliyinə riayət etməsinə nəzarət edəcək. Deputatlığa namizədlərdən hər hansı birinin qanunvericiliyi pozmasına imkan verilməyəcək.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin yekun nəticələri açıqlandıqdan az sonra isə seçicilər parlament üzvlərini seçmək üçün seçki məntəqələrinə gedəcəklər. Mikayıl Rəhimov hesab edir ki, seçkilər arasında fasilə qısa olsa da, seçki komissiyaları bu işin öhdəsindən gələcəklər.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar