Ən çox izlənən videolar

Qalaktikadan ilhamlanan rəssam - VİDEO

Əslində o astrofizik olmalı idi, amma rəssam oldu. İlham Səfərli . Onun adı qarşısında hansısa bir titul yoxdur. Nə əməkdar, nə xalq. Bircə titulu var. Şair İslam Səfərlinin oğlu titulu. Elə ona ilk sualım da belə oldu. Bəlkə atanız sizə bu adı elə ona görə verib ki, arada siz də ilhama gəlib şeir yazasız?

O kətanla demək olar ki, illər qabaq işləyib. Hazırda batik üslubunda sənət nümunələri hazırlayır. Yəni, ipək parça üzərində nəqqaşlıqla məşğuldur.

Rəssam həmişə navator olmağı bacarıb. Hazırda onun emalatxanasını Cənubi Afrikanın məşhur Zulu qəbilələrinin simvolları əsasında çox maraqlı əl işləri bəzəyir. Bilmirsən adına zərgərlik deyəsən, ya misgərlik. Hər halda özü etiraf edir bu texnikanı Azərbaycanda bilən yoxdur.

İlham Səfərli gənclik ilərindən də nostalji ilə danışır. Məsələn deyir ki, 80-ci illərdə SSRİ ilə Amerika arasındakı ulduz müharibəsinə o da öz peşəsi ilə etiraz edib. 1980 ci illərin sonlarında onun Moskvanın ulduz şəhərciyində təşkil olunan sərgisinə SSRinin bir çox tanınmış kosmanavtları qatılmış və o Yuri Qaqarin diplomu ilə təltif olunmuşdu. Hər halda onun yaradıcılığının əsas qayəsi göylərdir. O göylər ki, atasının ruhu ordan həmişə baxır və gülümsəyir.

Bu kateqoriyadan digər videolar
Digər videolar