Ən çox izlənən videolar

Ölkəyə yeni qaz sayğacları gətirilir - VİDEO

Ölkə başçısının tapşırığına əsasən ölkədə yeni qaz xətlərinin çəkilməsi, o cümlədən respublikanın ucqar bölgələrinin təbii qazla təmin olunması ölkədə qazlaşma işlərinin sürətlə aparılmasının bariz nümunəsidir. Təkcə son on il ərzində ölkə ərazisinin 96 faizi qazlaşdırılıb. Aparılan işlər çərçivəsində yeni qaz sayğacları quraşdırılıb və mövcud köhnə qaz sayğacları yeni smart kart tipli sayğaclarla əvəz olunub. Əgər 2009-cu ildə ölkədə sayğaclaşma 30-40 faiz idisə, hazırda respulika üzrə sayğaclaşma 100 faizdir.

Bunu REAL-a açıqlamasında Azəriqaz İstehslat Birliyinin baş direktoru Ruslan Əliyev bildirdi.

Bundan başqa Ruslan Əliyev ASAN Xidmət mərkəzində Azəriqaz İstehsalat Birliyinin fəaliyyəti sahəsi barədə də məlumat verdi. O bildirdi ki, Bakı və Abşeron Rayonu üzrə Azəriqaz İstehsalat Birliyi bütün xidmətlərini ASAN Xidmət üzərindən həyata keçirir.

Bundan başqa Ruslan Əliyev bildirdi ki, ölkə üzrə 92 yaşayış məntəqəsindən artıq 66-da qaz açılışı həyata keçirilib, ilin sonuna qədər qalan yaşayış məntəqələri də qazla təmin olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar