Ən çox izlənən videolar

Aztəminatlı ailələrə göstərilən hüquqi yardımın keyfiyyəti artacaq - EKSKLÜZİV MÜSAHİBƏ, VİDEO

"İllər boyu Azərbaycan vəkilliyi üçün ən böyük problemlərdən biri dövlət hesabına hüquqi yardımın göstərilməsində olan problemlər olub". 

Bunu REAL-a eksklüziv müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

Anar Bağırov bildirib ki, əsas problemlərdən biri də həmin yardımın vaxtında və keyfiyyətli göstərilməməsidir: 

"Etiraf etməliyik ki, bəzi hallarda vəkillərin belə yardımın göstərilməsində formallığa yol verməsi olub. Son iki il ərzində həm dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin miqdarı 3 dəfə artırılıb. Eyni zamanda həmin yardımın lazımi səviyyədə həyata keçirilməsindən ötrü mərkəzləşmiş uçot və proqnozlaşdırılma da nəzərə alınmaqla dövlət tərəfindən ödənilən, ayrılan vəsəitlər birbaşa Vəkillər Kollegiyasına köçürüləcək. Aprel ayında prezidentin Məhkəmə-hüquq islahatlarının dərinləşməsi ilə bağlı imzaladığı tarixi fərmanda belə tapşırıq Nazirlər Kabinetinə verildi. Demək olar ki, bütün sənədlər hazırdır. Ümid edirəm ki, gələn ildən etibarən Azərbaycan vətəndaşları birbaşa olaraq Vəkillər Kolklegiyasının tam nəzarətində olan keyfiyyətli nhüquqi yardım almaq imkanına malik olacaqlar. Bu çox önəmli məsələdir. Çünki regionlarda aztəminatlı, imkansız şəxslərin belə hüquqi yardım almasında problem var idi. Aparılan məhkəmə-hüquq islahatları çərçivəsində dövlət hesabına təmin olunan hüquqi yardımın təkmilləşməsindən sonra bu sahədə mövcud olan bir sıra problemlər aradan qalxacaq. Vətəndaşlar vəkillik fəaliyyətindən tam məmnun qalacaqlar. Bəzi vəkillər dövlət hesabına hüquqi yardım göstərəndə üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirmirlər, bəzi hallarda isə formal olaraq yerinə yetirirlər. Bu yolverilməzdir. Bunu vəkilin peşəsinə ola xəyanəti kimi dəyərləndiririk. Hesab edirik ki, hər kəs öz işini vicdanla görməlidir. Şəffaflıq olmayan yerdə hər zaman problem yaranır. Növbətçi vəkillər tərəfindən hüquqi yardım göstərilməsinə Vəkillər Heyətinin Rəyasət heyəti ciddi nəzarət edir. Monitorinqlər həyata keçirilir. Burada ən vacib məsələ dövlət hesabına göstərilən hüquqi  yardımın keyfiyyətli olmasıdır. Süründürməçilik, neqativ hallara son qoyulacaq. Vəkil göstəridiyi hüquqi yardıma görə, almalı olduğu vəsaiti, qanararı vaxtında alacaq. Vəkillər Kollegiyası həmin vəsaiti özü köçürəcək. Vəkilin ünsiyyətə olduğu qurum Vəkillər Kollegiyası olacaq. Bu vəkillər tərəfindən də razılıqla qəbul olunur. Çünki, vəkillər bəzən aylarla almalı olduğu vəsaiti ala bilmirdilər. Qanunvericilkdə cinayət prosesində və eyni zamnada ali məhkəmədə ehtiyacı olan, imkansız və müəyyən kateqoriyadan olan insanlara dövlət hesabına hüquqi yardımın göstərilməsi nəzərdə tutulub. Söhbət həmin dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin vəkilin hesabına köçürülməsindən gedir".

Bu kateqoriyadan digər videolar
Digər videolar