Ən çox izlənən videolar

Milli Məclisin növbəti plenar iclası keçirildi - VİDEO

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi.

İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarıldı.

Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi .Komitə sədri bildirdi ki, ölkə başçısının bU ulin aprelində imzaladığı fərmanın icrası ilə bağlı işlər artıq başlayıb və hüquq ictimaiyyəti və eləcədə ictimaiyyət fərmanın müsbət nəticələrini artıq hiss etməkdədir.

Əli Hüseynli onu da əlavəe tdi ki, bunun davamı olaraq “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı gələcəkdə yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur”

Qanunvericilik paketinin müzakirəsində çıxış edən millət vəkili Qüdrət Həsənquliyev qeyd etdi ki, məhkəmə süründürməçiliyi ilə bağlı islahatlara ciddi ehtiyac var.

Azərbaycanda məhkəmələrin ixtisaslaşmasına ehtiyac olduğunu bildirən millət vəkili Səyavuş Novruzov bunun dünyada geniş yayılmış təcrübə olduğunu əsas gətirdi.

Millət vəkili Qənirə Paşayeva gələcək sənədlərdə məhkəmə qərarlarının icrası ilə müddəaların yer almasına ehtiyac olduğunu səsləndirdi və qeyd etdi ki, bugünkü gün belə şikayətlərin sayı çoxdur.

“Azərbaycanda özəl detektiv fəaliyyəti ilə bağlı qanunun qəbul edilməsini təklif edən millt vəkili Fərəc Quliyev bildirdi ki, belə bir qanuna ehtiyac olduqca böyükdür.

Beləliklə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri birinci oxunuşda qəbul edildi. Millət vəkilləri həmçinin ikinci və 3-cü oxunuşda müakirəyə çıxarılan digər 10 qanun layihəsinə dəyişiklikləri qəbul etdilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar