Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.
Bu barədə REAL-a hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verdi.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.