Ən çox izlənən videolar

Azərbaycanda Milli Dirçəliş Günüdür - VİDEO

7 Noyabr Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olunub.

Azərbaycan xalqının bir xalq kimi təşəkkül tapmasının bu gün 31 illiyidir.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının fasiləsiz mitinqləri başladı.

Noyabrın 17-dən başlayan mitinqlər dekabrın 5-dək davam etdi. Səbəb SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun aşkarlıq siyasəti və bu siyasətin nəticəsində Dağlıq Qarabağda fəallaşan ermənilərin seperatçı hərəkətləri idi.

19 gün davam edən Meydan hadisələri ən sonda dekabrın 5-də gecə hərbçilərin hücumu ilə dağıdılır.

Amma 19 gün ərzində baş verən hadisələr bu tarixi Milli Dirçəliş Günü kimi Azərbaycan xalqının qan yaddaşına yazdı.

Meydan bizə bayrağımızı tanıtdı, milli kimliyimizi tanıtdı, müstəqillik sözünün mahiyyətini açdı.

Bu kateqoriyadan digər videolar
Digər videolar