Ən çox izlənən videolar

Alovun dili ilə “danışanlar“ - VİDEO

Ötən gün Paytaxtın xətai rayonu Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binanın mansard hissəsində yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-nin xüsusi riskli xilas etmə xidmətinin xilasediciləri və 10 təcili tibbi yardıb briqadası cəlb olunub. Xoşbəxtlikdən Yanğın nəticəsində xəsarət alan olmayıb. Binanın yanğın baş verən mərtəbəsində yaşayan sakinlər dərhal təxliyə edilib.

Xüsusi riskli xilasetmə xidmətinin xilasedicisi Zaur Qurbanlı deyir ki, yanğın zamanı mərtəbəyə qalxıb ilk qarşısına az yaşlı uşağı çıxıb, onu köməksiz vəziyyətdə görüb dərhal qucağına alaraq həyətə düşürüb.

Zaur Qurbanlı yaxşı anlayır ki, insanlıq borcu, peşə vəzifələrindən öndə gəlir. Hər halda 1 insanı xilas etmək bəşəriyyəti xilas etmək deməkdir.

Yanğın əticəsində 18 nəfər tüstüdən zəhərlənib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ilkin ehtimala görə yanğına səbəb şaxtada cərəyan xəttlərinin yüklənməsi olub.

Bu kateqoriyadan digər videolar
Digər videolar