Ən çox izlənən videolar

Beyləqanda yeni sutəmizləyici qurğu - VİDEO

Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə yaxın vaxtlarda respublikanın daha bir şəhərində tullantı sutəmizləyici qurğu istismara veriləcək.

“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağdaş, Ağcabədi, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.

Ekoloji tarazılığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğulardan biri Beyləqanda inşa edilir.

Ümumi məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yaxın vaxtlarda yekunlaşacaq.

Azərbaycan hökümətinin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Beyləqan şəhərində 6 ədəd subartezian quyusu qazılıb, quyu ərazisində ümumi tutumu 1000 kubmetr olan 2 su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,5 km magistral su xətti inşa edilib. Şəhər ərazisində mövcud olan 4000 kubmetr tutumlu 2 su anbarı əsaslı təmir olunub. Beyləqan şəhərində 91,6 km içməli su, 89,5 km kanalizasiya şəbəkələri yaradılıb.

Qeyd edək ki,4500-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Ümumilikdə bu layihədən 25 minədək sakin faydalanıb.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar