Ən çox izlənən videolar

Mühacir alverinin ifşası - VİDEO

Almaniya Daxili İşlər Nazirliyi tərəfindən ölkədə miqrant alverində şübhəli bilinən şəxslərlə bağlı reyd keçirilib.

Almaniyanın, bir neçə vilayətində həyata keçirilən reyd zamanı evlərdən xüsusi viza çap edən avadanlıq, xarici vətəndaşlara aid pasportlar pul və silah aşkar edilərək götürülüb.

"Report"un məlumatına görə basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Musavat com saxlanılan 7 azərbaycanlının Elçin Əkbərov, İlham Həsən, Mehdi Xəlilbəyli , Abdin Cavadov, Əlövsət Əliyev, Rəşad Məmmədov və Elşən Abdullayev olduğunu yazıb.

Fakta bağlı Almaniya Daxili İşlər Nazirliyində araşdırmalar aparılır. Miqrant alveri ilə məşğul olan şəbəkənin digər üzvlərinin də adlarının açıqlanacağı bildirilir

Almaniya Azərbaycanlıları Alyansı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq gətirilən bəzi azərbaycanlılar Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bundan başqa, mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. SİTAT: Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və "dəstək" məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər. Eyni zamanda, həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər.

Alyans azərbaycanıları dələduzlardan uzaq durmağa, onların qanunsuz "biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyib.

Bu kateqoriyadan digər videolar
Digər videolar