Ən çox izlənən videolar

Şəhərimiz üç rəngə bürünüb - VİDEO

Azərbaycan Respublikasının 3 rəngli bayrağı Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırki üçrəngli və ay ulduzlu bayraq müstəqil Respublikanın Dövlət bayrağı elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 noyabr tarixli fərmanı ilə hər il 9 noyabr ölkəmizdə Bayraq Günü kimi qeyd olunur.

Azərbaycan respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenlyi rəmzidir.

9 noyabr münasibətilə Bakımız 3 rəngə bürünüb:Göy qırmızı və yaşıl. Paytaxt Bakımızda gözəl bir bayram ab-havası duyulmaqdadı. Şəhərin hər yerində türkçülük,islamçılıq və müasirliyi ifadə edən bayrağımız dalğalanır.İstər avtobuslarda istər universitetlərdə istərsə də park və digər yerlərdə.

Bu kateqoriyadan digər videolar
Digər videolar