Ən çox izlənən videolar

Gənc əsgərlər and içib - VİDEO

DSX-nin Göytəpə Şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Dövlət bayrağı gününə təsadüf edəndə mərasimdə, dövlət bayra­ğımızın mil­li suverenliyin simvolu kimi bütün ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmz­­lə­rindən biri olması, hər bir azərbaycanlı tərəfindən dövlət bayrağına böyük hör­mət və eh­tiram nümayiş etdirilməsi qürur hissi ilə vurğulanıb.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin dövlət sərhədlərimizin qo­run­­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xid­mətlərini, böyük dövlət xadiminin müəy­yən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd ediblər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qoru­maq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əmin­lik ifadə ediblər

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv­lü­yü­nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının tə­min edilməsi, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda sava­­şa daim hazır olduğu xüsusi vurğulanıb.


Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çat­ıb

Bu kateqoriyadan digər videolar
Digər videolar