Ən çox izlənən videolar

TANAP-ın baş direktorundan açıqlama - VİDEO

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə ötürülən təbii qazın həcmi 3 mlrd. kubmetri ötüb.

Bunu "Anadolu" agentliyinə müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

"Türkiyəyə oktyabr ayının sonuna qədər 3,08 mlrd. kubmetr həcmində təbii qaz çatdırdıq. Türkiyə 2020-ci ilin iyun ayının sonlarından etibarən illik 6 mlrd. kubmetr həcmində təbii qaz almağa başlayacaq", - deyə S. Düzyol bildirib.TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli hissəsi olduğunu deyən S. Düzyol bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması üçün bir az vaxta ehtiyac var. O, Avropaya kommersiya qazının gələn ilin axırıncı rübündə başlaya biləcəyini qeyd edib."TANAP vasitəsi ilə nəql etdiyimiz qaz Türkiyənin hazırda mövcud təbii qaz tədarükçüsü ölkələrdən idxal etdiyi ən ucuz qazdır. Ümid edirik, önümüzdəki ildə Azərbaycan Avropanın yeni qaz tədarükçüsünə çevriləcək", - deyə S. Düzyol qeyd edib.Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar