Ən çox izlənən videolar

XI Beynəlxalq Taxıl Forumu - VİDEO

Rusiya Taxıl Birliyinin Təşkilatçılığı ilə Bakıda XI Beynəlxalq Taxıl Forumu keçirilir.

Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə və s ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s məhsulların istehsalçıları, alıcıları, eksperlər və bu sahə ilə məşğul olan sahibkarlar iştirak edirlər.

Xatırladaq ki, 2019-cu ilin 1 iyul tarixinə kimi respublikada 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə 29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.

Bu kateqoriyadan digər videolar
Digər videolar