Ən çox izlənən videolar

“Avrasiya İnnovasiya Günü” - VİDEO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnnovasiya həfətəsi çərçivəsində “Avrasiya İnnovasiya Günü” keçirilir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Huawei” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə yüksək texnologiya və innovasiyalar sahəsinə dair ən son yeniliklər ilə tanış olmaq, müxtəlif forumlarda iştirak etmək, habelə təşkil olunacaq sərgini ziyarət etmək mümkün olacaq.

Hal-hazırda Bakıda keçirilən “İnnovasiya həftəsi”nin əsas tərəfdaşlarından və dünya telekommunikasiya sahəsinin aparıcı brendlərindən biri olan “Huawei Technologies Azerbaijan LLC.”-nin direktoru Tszanlin Lu baş tutacaq tədbir ilə bağlı keçirilən mətbuat konfransında artıq 15 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərdiklərini vurğulayaraq bildirib:

“Biz simsiz və genişzolaqlı optik ötürmə şəbəkələri üçün kompleks həllər, həmçinin Azərbaycanın “Azercell Telecom”, “Azerconnect”, “Aztelecom”, “Baktelecom” kimi 5 milyondan artıq istifadəçini əhatə edən böyük şəbəkə operatorlarına IP xidməti təklif edirik. İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi və rəsmi qurumları innovativ həllər ilə təmin edirik”.

“Avrasiya İnnovasiya Günü” tədbiri sərgi və forum olmaqla iki hissədən ibarət olacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar