Ən çox izlənən videolar

Azərpaşa Nemətov yenidən Teatr Xadimləri İttifaqının sədri seçildi - VİDEO

Teatrlar Xadimləri İttifaqının növbəti, 14-cü konfransı keçirildi.

Konfransda Mədəniyyət naziri Əbülfəs Qarayev, ittifaqın rəhbərliyi, üzvləri, tanınmış teatr və kino xadimləri iştirak etdi.

Tədbiri işıqlandırmaq üçün media nümayəndələrinə yalnız 10 dəqiqə vaxt ayrılıb, daha sonra konfrans bağlı qapılar arxasında davam edib.

Tədbiri giriş sözü ilə açan qurumun sədri, Xalq artisti Azərpaşa Nemətov Konfransa 84 nəfər nümayəndənin seçildiyini, onlardan 82 nəfərinin hazırda tədbirdə iştirak etdiyini dedi. Digər iki nəfərin isə üzrlü səbəbdən iştirak etmədiyini bildirdi.

Qeyd edək ki, artıq bir neçə gündür ki, ittifaqın konfransı ətrafında qalmaqallar səngimək bilmir. Belə ki, qurum sədrliyinə öz namizədliyini irəli sürən Xalq artisti Afaq Bəşirqızı bir müddət bundan əvvəl qurultayın şəffaf keçirilməsi ilə bağlı Ölkə Prezidentinə müraciət ünvanladığını söylədi və Azərpaşa Nemətov barəsində ağır ittihamlar səsləndirdi.

Tədbiri boykot edərək oranı yarımçıq tərk edən Xalq artisti həmkarını Prezidentin kadr islahatlarından nümunə götürməyə çağırdı:

Həmkarının ittihamlarına cavab verən İttifaqın sədri Azərpaşa Nemətov belə şeylərə fikir vermədiyini və səslənən fikirlərin böhtan olduğunu deməklə kifayətləndi:

Xalq Artisti Nurəddin Mehdixanlı diqqətin daha çox teatr problemlərinə, tamaşalara yönəldilməli olduğunu və bir il ərzində bu qurum tərəfindən xeyli işlərin görüldüyünü bildirdi.

Qeyd edək ki, 84 nəfər nümayəndənin iştirakı ilə keçirilən seçkilərdə Azərpaşa Nemətov növbəti dəfə sədr seçilib. İştirakçılar yekdilliklə ona səs veriblər.

Teatr Xadimləri İttifaqı Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatıdır. Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat “Artistlər İttifaqı” adı ilə fəaliyyətə başlayıb, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirib.

1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1948-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.

Hazırda ittifaqın 841 üzvü var.

Bu kateqoriyadan digər videolar
Digər videolar