Ən çox izlənən videolar

İdarəetmənin təkmilləşdirilməsi - VİDEO

Kadr islahatları Prezidentin ölkədə elan etdiyi yeni kursun məntiqinə və tələbinə uyğun atılan addımdır və bunlar gözlənilən idi.

Ölkə başçısı İlham Əliyevin idarəetmənin təkmilləşdirilməsi istiqamətində apardığı kadr islahatlarını REAL-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sədri, Millət vəkili Zahid Orucun fikrincə şəffaf idarəçilik, hesabatlı hökumət üçün təşəbbüskarlığa malik olan, öz sahəsində cəmiyyətdən gələn siqnalların həllinə çalışan məmurların olması əsas şərtdir.

Millət vəkili Rüfət Quliyev deyir ki, ölkədə aparılan iqtisadi, sosial islahatlarla paralel kadr islahatlarının da aparılması zərururidir. Və əslində bu prosesə çoxdan başlanılıb.

Ölkə başçısının qeyd etdiyi kimi kadr islahatları dövrün tələbidir və islahatlar davamlı olmalıdır.

Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə belə bir şəraitdə kadrların zamanla ayaqlaşması olduqca zəruridir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 21-də Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu öz ərizələri ilə vəzifələrindən azad edib.

Ölkə başçısı onların bu addımını 70 yaşını keçən digər məmurlara yaxşı örnək olduğunu bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar