Ən çox izlənən videolar

Reallıq və müxalifətin niyyəti - VİDEO

Kadrlar İspaniyadandır. Polis etiraz aksiyasını dağıdır.

Bəli söhbət Avropanın cənub-qərbində yerləşən, Avropa Birliyi və NATO-nun üzvü İspaniyadan gedir. Saçından sürüklənən qadın da elə polisi də eyni ölkənin vətəndaşlarıdır. Polisin xüsusi qəddarlıqla dağıtdığı belə aksiyaları Fransada da, dünyaya demokratiya dərsi keçən Qərbin istənilən ölkəsində də görmək olar.

Amma görməzdən gəlinir o səbəbdən ki, dünyanın lap elə Avropanın da mizan tərəzisi çoxdan əyilib.

İkili standartların tətbiq olunduğu bir mühitdə Avrapanın düz göbəyində dağıdılan qanunsuz aksiyalar yox, məhz Azərbaycan diqqət çəkir. Mitinq üçün geniş ərazini qoyub, Bakının strateji obyektlərinin qarşısını hədəfləyən, güc strukturlarının xəbərdarlıqlarını heçə sayan Azərbaycan müxalifətinin qara piarı.

Səbəbindən danışsaq uzun çəkər.

Yaxşısı budur məhz bu yerdə düşmən dəyirmanına su çəkənlərdən danışaq. Yox danışmayaq. Göstərək. Reallığı. Görənlər görüb, görməyənlər isə agah olsun ki, sosial şəbəkələrdə ildırım sürəti ilə Azərbaycan polisi qadıın başını belə əzdi başlığı ilə yayılan fotolar da təxribatdan başqa bir şey deyil.

Polis dizinin altındakı qadının azərbaycanlı olmadığı kimi. Fotonun tarixçəsinə baxaq. Lentə alındığı tarix mayın 26-sı 2019-cu ilə təsadüf edir. Brüsseldə etiraz aksiyası zamanı çəkilib. Ölkənin yerli mətbuatında bu foto da həmin günlərdə manşetlərdə yer alıb.

Belçikanın paytaxtı Brüsseldə “Sarı jiletlilər” aksiyası zamanı polis 1 qadını saxlayır. Etiraz aksiyaları Belçikada regional, milli və Avropa Parlamentinə namizədlərin müəyyən edilməsi üçün keçirilən seçkilər zamanı baş verib.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, inkişaf etmiş ölkələrdə mitinq və aksiyaların keçirilməsi üçün xüsusi ərazilər ayrılıb. Yox,əgər bu kimsə bu qaydalara tələb olmursa tədbirlər də sərt və amansız olur.

Bir sözlə dağıdıcı müxalifət 19 oktyabrda reallaşdırmaq istədiyi sanksiyasız mitinqdə istədiyi kadrı tuta bilmədi.

Baxmayaraq ki, cəmiyyət onların tutduğu yolu bir daha bütün çılpaqlığı ilə görmüş oldu.

Bu kateqoriyadan digər videolar
Digər videolar