Ən çox izlənən videolar

Qadına qarşı zorakılıq...(VİDEO)

BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir.

Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin bəyanatındandır. Bəyanatda zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi fikri qırmızı xətlə keçir. Deyilir ki, "Qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır.

Azərbaycanda ötən il 915 qadın məişət zorakılığı ilə üzləşib. Dünyanın statistikasına baxanda mənzərə belədir. Dünyada hər yüz qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. Bunlardan ən qorxuncu qətllərdir ki, bir il ərzində dünyada məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilir. Azərbaycanda cinayətlər qurbanın cinsi və motivi prinsipi ilə ayrılmır, buna görə də dinamikanı izləmək çox çətindir. Amma ekspertlər deyir ki, Qadınlara qarşı zorakılığın 4 klassifikasiyası var: psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıq hər bir növü Azərbaycanda mövcuddur.

Azərbaycan mentaliteti qadına şiddətə yox demir. Anadırsa uşağını, ərdirsə arvadını döyə bilər və buna görə sadəcə qınaqla ötüşmək mümkündür. Bəlkə də elə buna görə də, məişət zorakılığı zəminində cinayətlərin sayı durmadan artır. Amma artıq bu məsələyə müqavimət də. Ötən gün qadına şiddətə yox deyənlərin Bakı küçələrinə çıxması da bundan xəbər verir.

Bu kateqoriyadan digər videolar
Digər videolar