Ən çox izlənən videolar

Ölkədə e-ticarət ümumi ticarətdə 14%-dir - VİDEO

Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14% paya malikdir. 2-ci Bakı Elektron Ticarət Forumunda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirdi ki, hazırda ölkəmizdə elektron ticarətin inkişafı üçün lazımi şərait mövcud olsa da, internet istifadəçiləri daha çox xarici elektron ticarət platformalarından sifarişlər edirlər.Nazir deyir ki, Azərbaycan məhsullarını xarici bazara çıxarmaqla məqsəd elektron ticarəti təşviq etmək və daha çox daxili bazarda e-ticarətin payını artırmaqdır..

Nazir əlavə etdi ki, Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" ölkələrində rəqəmsal bazarın uyğunlaşdırılması təşəbbüsü çərçivəsində e-ticarətin inkişafı istiqamətindəəməkdaşlıq genişləndirilir.Onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrildiyni deyən Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyevin sözlərinə görə 2019-cu ilin sonunda dünya əhalisinin ¼-i rəqəmsal alıcı olacaqı və pərakəndə ticarət dövriyyəsinin 14%-i qədər olacağı gözlənilir.

2018-ci ildə dünyada pərakəndə ticarətin ümümi dövriyyəsi 24 trilyon ABŞ dollar təşkil edib ki, bunun da 3 trilyon dolları və yaxud 12,5%-i elektron ticarətin payına düşüb. Bu, 2017-ci ilə nisbətən 2,5 faiz bəndi çoxdur. 2019-cu ildə bu isə elektron ticarət dövriyyəsinin 3,5 trilyon dollar və yaxud pərakəndə ticarət dövriyyəsinin 14%-i qədər olacağı gözlənilir”. növbəti 5 ildə isə elektron ticarət dövriyyəsinin 6,5 trilyon dollara çatacağı və pərakəndə ticarət dövriyyəsində 22%-dən çox paya malik olacağı proqnozlaşdırılır.2019-cu ilin sonunda dünya əhalisinin ¼-i rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard insan deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilə qədər dünya əhalisinin 95%-i ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək.

KOBİA sədri Orxan Məmmədov isə bildirdi ki, elektron ticarət platforması kiçik və orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabilləyətlərini daha da genişləndirir.

Qeyd edək ki, bütün bu məsələlər ətrafında 2-ci “Bakı Elektron Ticarət Forumunda iki gün ərzində müzakirələr davam etdiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Bu kateqoriyadan digər videolar
Digər videolar