Ən çox izlənən videolar

Azərbaycan Diasporuna Dəstək Fondu - VİDEO

Çinin paytaxtı Pekində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində keçirilən təqdimatda səfirliyinin və fondun əməkdaşları, Çində təhsil alan və çalışan azərbaycanlılar iştirak edib. Çıxış edənlər dövlətimizin xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıblar. Bildirilib ki, müvafiq dövlət qurumları, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərimiz soydaşlarımıza hər cür dəstək verirlər.

Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma məqsədi və fəaliyyət sahələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, tanıdılması, diaspor təşkilatlarımızın mütəşəkkilliyinin möhkəmlənməsi əsas məqsədlər sırasındadır. Fond diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan soydaşlarımızın layihələrinin həyata keçirilməsində, innovativ ideyalarının dəstəklənməsində əhəmiyyətli rol oynamağa çalışır.

Tədbirdə iştirakçıların fəaliyyət sahələri haqqında müzakirələr aparılıb, fonda müraciətlə bağlı suallar cavablandırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə yaradılmış Fondun əsas məqsədi Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya çatdırılmasıdır. Fond bu istiqamətdə layihələr həyata keçirir, qrantlar ayırır.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar