Ən çox izlənən videolar

“Bazarını yarat“ satış yarmarkası - VİDEO

Özünüməşğulluq programı çərçivəsində “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan satış yarmarkasında özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslər öz əl işlərini nümayiş etdirdilər.

Layihənin məqsədi aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərməkdir.

İlk dəfə Bakı şəhəri üzrə təşkil olunan “Bazarını yarat” sərgi-satış yarmarkası mütəmadi olaraq davam etdiriləcək.

Nizami Kino Mərkəzində keçirilən yarmarkada, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud şəxslər də iştirak edirdi .

Yarmarkada iştirakçılarının hazırladığı ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunurdu.

Özünüməşğulluq programı çərçivəsində “Bazarını yarat” sərgi-satış yarmarkasının bölgələrdə də təşkili nəzərdə tutulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar