Ən çox izlənən videolar

Qars müqaviləsi-98 il - VİDEO

98 il öncə yəni, 1921-ci ilin 13 oktyabrında Qars şəhərində Cənubi qafqaz respublikaları ilə Türkiyə arasında Qars müqaviləsi imzalanıb.Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü.Qars müqaviləsinin əsas maddələrindən biri isə Türkiyənin Naxçıvanın sərbəstlik təminatını öz üzərinə götürməsi idi.Ermənilər böyük ermənistan yaratmaq planını həyata keçirmək üçün Türkiyə və Azərbaycanla mübarizə aparırdı. Müqavilə məhz bu baxımdan həlledici rola malikdir.

Naxçıvanı ələ keçirmək üçün hər cür yola əl atan, Naxçıvan və şərursuz ermənistan yaşaya bilməz! deyən ermənilərin qarşısına Qars müqaviləsi ilə sədd çəkilmişdi. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi,Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Bu kateqoriyadan digər videolar
Digər videolar