Ən çox izlənən videolar

Özbəkistan-Azərbaycan münasibətləri - VİDEO

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Özbəkistan Prezidentinin müşaviri Rüstəm Qasımovu qəbul etdi.

Müşaviri salamlayan şeyx ona gələcək fəaliyyətində uğurlar dilədi və dost, qardaş ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirdi. Şeyxülislam Paşazadə, öz növbəsində, müstəqil Azərbaycan və Özbəkistan dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə davam və inkişaf etdirildiyini vurğuladı.

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyayevin Şeyxülislam Paşazadənin şəxsiyyətinə böyük dəyər verdiyini dəfələrlə bəyan etdiyini diqqətə çatdıran müşavir iki ölkə arasındakı münasibətlərdən və sıx əməkdaşlıqdan söz açdı. Özbəkistanı özünün ikinci vətəni saydığını bildirən Şeyxülislam Paşazadə bu ölkədə ali dini təhsil aldığı illəri xatırladaraq bu ölkənin ona doğma olduğunu vurğuladı.

Qeyd edək ki, tədbirdə ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak etdilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar