Ən çox izlənən videolar

A.Heydərov adina məktəb açilib - VİDEO

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılan əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunan mərasim keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Nazir əsaslı təmir olunan yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilən yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilən yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında Məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib.

Nazir Məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib.

Sonda Məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.

Bu kateqoriyadan digər videolar
Digər videolar