Ən çox izlənən videolar

300 gimnastın mübarizəsi - VİDEO

Milli gimnastika arenasında bədii gimnastika üzrə sayca 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatına start verilib.

4 gün davam edəcək turnirdə ilk olaraq bədii gimnastlar bacarığını nümayiş etdirir. İştirakçılar 4 yaş qrupunda mübarizə aparır.

Bədii gimnastlardan sonra meydan Aerobika gimnastlarının ixtiyarına veriləcək.

Onlar fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Yarışlarda paytaxtı təmsil edən Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının yetirmələri ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı və digər bölgələrdən gəlmiş idmançılar qüvvəsini sınayır.

Bu kateqoriyadan digər videolar
Digər videolar