Ən çox izlənən videolar

Məcburi köçkünlərə yeni 6000 mənzil - VİDEO

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olduğunu bildirib. Qeyd edib ki, “Qobu-Park” yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev keçirdiyi mətbuat konfransında dedi. Komitə sədri bildirdi ki, tikinti işləri özəl şirkət tərəfindən aparılıb.

Onun sözlərinə görə, əgər Dövlət Komitəsinin tikdiyi yaşayış kompleksində mənzillər yalnız mətbəx avadanlıqları ilə təmin olunurdusa, özəl şirkətin inşa etdiyi binalarda mənzillər mətbəx mebeli ilə təmin olunub, ev sahiblərinə soyuducu hədiyyə edilib.

Rövşən Rzayev qeyd etdi ki, bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək.

Komitə sədri dedi ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. Mənzillərin paylanması ilə bağlı komissiya fəaliyyət göstərir.

Rövşən Rzayev bildirdi ki, 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib.

Prezident İlham Əliyevin hələ 2003-cü ildə elan etdiyi kimi, qısa müddətdə bütün çadır düşərgələri ləğv edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar