Ən çox izlənən videolar

Qobustanın 3 kəndinə su çəkildi - VİDEO

Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub.

Xüsusilə rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin sakinləri uzun illər su çatışmazlığından əziyyət çəkib.

Rayonun içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli su probleminin həllinə imkanlar yaratdı.

Bu infrastruktur hesabına hər üç kəndi içməli su ilə təmin etmək məqsədilə magistral xətlər çəkilərək əhalinin ümumi istifadəsi üçün bulaq və su dayağı quraşdırılıb.

Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb.

Kənd əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə “Azərsu” ASC bu hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı inşa edilib. Yeni tikilmiş şəbəkədən hər bir evə su xətti çəkilib və sayğaclar quraşdırılıb.

Hazırda 3 kəndin 4 minədək sakini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar