Ən çox izlənən videolar

Məcburi köçkünlərin mənzil təminatı - VİDEO

"Bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.

"Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəzilərində isə tamamlanmaq üzrədir. Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi evlər tikilib, artıq köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə 560 ailəlik yaxın günlərdə qəsəbə təhvil veriləcək".

 

Bu kateqoriyadan digər videolar
Digər videolar