Ən çox izlənən videolar

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi - VİDEO

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Sərginin açılışında çıxış edən Ceyhun Bayramov nazirliyin son illər ərzində təhsilin inkişafı sahəsində apardığı islahatlar, əldə olunan nəaliyyətlər barədə danışıb.

O qeyd edib ki, ildən-ilə sərgiyə marağın artması məmnunluq yaradır: "Bugünkü sərginin hədəflərə nail olunması istiqamətində  önəmi böyükdür".

Sərgidə ayrı-ayrı pavilyonlarda ətraflı şəkildə məlumatlar öz əksini tapıb.

Sərgi 3 gün davam edəcək. 

Oktyabrın 13-nə qədər abituriyentlər, tələbələr, şagirdlər, valideynlər sərgidə iştirak edə biləcəklər.

Bu kateqoriyadan digər videolar
Digər videolar