Ən çox izlənən videolar

Uşaqlara dil öyrədən kitab - VİDEO

“Psixolinqvistika: Uşaqların xarici dilləri mənimsəməsi” kitabı işıq üzü gördü

Azərbaycanda psixolinqvistika elmi əsasında ikinci dilin mənimsəməsindən ilk elmi tədqiqat işi aparılıb. “Psixolinqvistika: uşaqların xarici dilləri mənimsəməsi” adlı kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Musavidir. Metodik vasitə rus dilində qələmə alınıb və üç yarımbölmədən ibarətdir.

Monoqrafiyalar toplusunun təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş tutub.

Təqdimatda çıxış edən kitabın müəllifi Zülfiyyə Musavi uşaqların xarici dili mənimsəməsinin vacib məsələ olduğunu, onun həllinin kitabda tapıldığını diqqətə çatdırıb. Müəllifin sözlərinə görə, ölkəmizdə ilk dəfə olaraq, kitabda psixolinqvistikanın bilinqval tərəfinə toxulunub.

Bundan başqa, kitabda Azərbaycanda və xaricdə uşaq nitqi, eyni zamanda uşaq ikidilliliyi məsələləri ilə bağlı tədqiqatın nəticələri göstərilib. Əsər zəngin elmi ədəbiyyatın təhlili əsasında yazılıb.

Ön sözün müəllifi professor Qəzənfər Kazımovdur.

Bu kateqoriyadan digər videolar
Digər videolar