Ən çox izlənən videolar

Beynəlxalq Təhsil Sərgisi - VİDEO

Sabah Bakıda 13-cü ənənəvi Beynəlxalq Təhsil sərgisi keçiriləcək.

“Eduexpo” sərgisində dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edəcək. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar təşkil olunacaq.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur.

Bu il sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcək.

Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edəcək.

Sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.

Sərgi oktyabrın 12-də başa çatacaq.

REAL
 

Bu kateqoriyadan digər videolar
Digər videolar