Ən çox izlənən videolar

Piket adı altında təxribat - VİDEO

Oktyabrın 8-də Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirdi. BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri gördü.

Piketdə Milli Şuranın rəhbərliyindən heç kim iştirak etmirdi. Aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilən piketin sonunda qətnamə oxundu.

Qeyd edək ki, piket ərəfəsində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunan təşkilatçıların nəzərinə qanunvericilik aktlarının tələbləri çatdırılmışdı. onlara tədbiri dinc, qanuni qaydada və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə yazılı xəbərdarlıq edilmişdi.

Buna baxmayaraq aqressiv aksiya iştirakçıları “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşdılar və piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar etdilər.

Şəhər rəhbərliyinin icazəsi 50 nəfərin iştirakını nəzərdə tutsa da onlar daha çox tərəfdar cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstərdilər. Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic oldu, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yarandı, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verildi.

Sosial şəbəkələrdə nümayiş etdirilən bəzi fraqmentlər isə ictimai rəyi çaşdırmaa hesablnıb. Məsələn, bir qadını iki polis əməkdaşının aparması şiddət əlaməti kimi göstərilir. Amma əslində bu qadın öz aqressiv davranışı, təhqir və qarğışı ilə diqqət mərkəzində idi.

Onunla qanunun yol verdiyi tərzdə davranan polis əməkfdaşları isə peşəkar və anlayışlı idilər.

Beləliklə, İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alındı.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatında bildiilir ki, piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxsə xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Milli Şuraya mitinq üçün Lökbatan qəsəbəsində “Neftçi” İdman Klubunun təlim-məşq bazasının stadionu təklif edilsə də, qurum orada mitinq keçirməkdən imtina etmişdilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar