Ən çox izlənən videolar

Obyekt sahibləri ilə görüş olub - VİDEO

Yanğına məruz qalan hissənin kandarında fəaliyyət göstərən obyektlərin sahiblərinin ziyanın bir addımlığında bəxtləri üzlərinə gülüb desək daha doğru olar.

Təbii ki Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının rolunu danmamaq şərti ilə.

Ötən gecə Binə bazarında baş verən yanğın zamanı 3 saylı çağırışın elan edilməsi yanğının gücündən xəbər verir. Ümumilikdə 200-dən çox şəxsi heyət və 40-a yaxın texnikanın səyi nəticəsində təxminən 1 saat ərzində yanğın tam söndürülüb.

Mallarını əvvəlcədən sığorta etdirməyən sahibkarlar isə çətin durumdadır.

Binə bazarının rəhbərliyi isə bu gün səhər saatlarından etibarən sahibkarlarla görüşüb və onlarla söhbət edib.

Xatırladaq ki, ötən gecə Binə bazarında yanğın baş verib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Bu kateqoriyadan digər videolar
Digər videolar