Ən çox izlənən videolar

DSX zastavasına silahlı hücum olub - VİDEO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxslərədn biri gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər ona “dayan” əmri verib, lakin o, ərazidən uzaqlaşmağa çalışıb.

Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib.

Buna baxmayaraq sərhədçi zabit cinayətkarı tərkisilah edərək saxlayıb. Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdiriib, əraziyə atılmış bağlamadan 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.

Hadisə yerindən qaçmış digər şəxs isə Cəlilabadın Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülmüşdür.

Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar