Ən çox izlənən videolar

Gəmilərin hərəkətinə icazə verilib - VİDEO

Səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən məlumata verilib.

Qeyd edək ki, dünən hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar