Ən çox izlənən videolar

Kikboksçumuzun Moskva qələbəsi - VİDEO

Moskvada keçirilən və Rusiya ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin 70 illiyinə həsr olunan kikboqsinq üzrə beynəlxalq turnirdə azərbaycanlı idmançı Xəyal Canıyev çinli rəqibi Kai Xuanqbini məğlub edib. "Bir kəmər və bir yol" adı altında keçirilən beynəlxalq kikboqsinq turnirində Xəyal Canıyevin döyüşü gecənin döyüşü kimi qiymətləndirilib.

İlk raund zamanı X.Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən Kai Xuanqbinin məğlubiyyəti qaçılmaz olub. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı rəqibini bütün komponentlərdə üstələyib. Döyüş isə ikinci raundda rəqibini nakauta salan X.Canıyevin qələbəsi ilə bitib.

Döyüşü izləyən tanınmış idmançı Zabit Səmədov da döyüş barədə təəssüratlarını Reala danışdı.

Qeyd edək ki, Moskvada "Vegas Sity Hall”da keçirilən görüşdə 13 döyüşdə 26 idmançı gücünü sınayıb.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar