Ən çox izlənən videolar

Azərbaycan-Türkiyə tərəfdaşlığı - VİDEO

Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edib. Əvvəlcə Novruz Məmmədov və Fuat Oktayın təkbətək görüşü olub. Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.

Bundan sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb. Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib.

İclasdan sonra baş nazir Novruz Məmmədov və Türkiyə Respublikasının vitse prezidenti Fuat Oktay mətbuata birgə bəyanatla çıxış ediblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar