Ən çox izlənən videolar

Təhsildən uzaq düşənlər - VİDEO

İstanbulun mərkəzi yaşayış məntəqələrindən birində dalğalanan Azərbaycan bayrağı...

Bura milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan və İstanbulda yeganə olan Azərbaycan məktəbidir.

Əvvəlcə onu qeyd edim ki, Türkiyədə 3 milyondan çox azərbaycanlı yaşayır. İş, təhsil və ya yaşamaq üçün İstanbulu seçənlərin sayı çoxluq təşkil edir. Meqapolisin isə öz qanunları var....

Yaşaya bilmək üçün işləməlisən. İşin ağırlığından və çoxluğundan isə bəzən ən mühüm qayğılar belə yaddan çıxır. Məsələn təhsil..

Məktəb tipli dərnəyin yaradılmasında da məqsəd İstanbulda yaşayan azərbaycanlı ailələrin imkansızlıq ucbatından və ya digər səbəblərdən övladlarına verə bilmədiyi təhsili onlardan əsirgəməməkdir.

Reportajımın qəhrəmanı isə uzun illər təhsil almadığı üçün 10 yaşında birinci sinif dərslikləri ilə təhsilə başlamaq məcburiyyətində qalan soydaşımızdır.

Leyla Sadıqova ailəsi ilə birlikdə 11 ildir Türkiyədə yaşayır.

Elə reportajımın qəhrəmanının da bacısı onun əldə etdiyi nailiyyətdən həvəslənərək təhsilini davam etdirmək qərarına gəlib.

İllərlə təhsil almayan uşaqları təhsilə uyğunlaşdırmaq, onları olduqları yaş qrupuna uyğun sinif dərsliklərinə çatdırmaq isə elə də asan olmur.

Təhsil mərkəzinin əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Tədris isə Azərbaycan Təhsil Nazirliyinin təyin etdiyi təhsil proqramına uyğun olaraq keçirilir. Məktəb büdcəsinin necə formalaşdığına gəlincə...

Mövcud problemlərə baxmayaraq Mübariz İbrahimov adına məktəb tipli dərnək təhsilsiz qalan soydaşlarımızı təhsilə yönləndirmək üçün əlindən gələni edir.

Xüsusi elanlar hazırlanıb azərbaycanlıların daha çox qaldığı ərazilərdə paylanılır.

Hazırda 100 dən çox azərbaycanlının təhsil aldığı məktəb tipli dərnəkdə uşaq bağçası da fəaliyyət göstərir.

Məktəbə qədər hazırlıq mərkəzində uşaqlar erkən yaşlarından təhsilə yönləndirilir onlara Azərbaycanın tarixi, mədəni irsi və ənənələri haqqında məlumat verilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar