Ən çox izlənən videolar

Zəlzələnin izləri - VİDEO

Bu ilin fevral ayında Ağsu rayonunda baş verən zəlzələ Qəmbərovlar ailəsinin evini qəzalı vəziyyətə salıb.

Ağsu rayonu Axundlu kənd sakini Səməd Qəmbərov REAL TV-nin qaynar xəttinə zəng edərək bildrir ki, onsuz da evi köhnə, istismar müddəti başa çatıb.

Qeydə alınan zəlzələ isə evi yaşanmaz hala salıb. Səməd Qəmbərov hər an evin uça biləcəyindən ehtiyyat edir.

Deyir bu evdə iki körpə uşaq yaşayır. Məni narahat edən məhz onların həyatıdır.

Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən evin təmir bərpa işləri isə yubanır.

Sonuncu dəfə maraqlananda Səməd Qəmbərova evinin qəzalı evlər siyahısında olmadığı bildirilib.

Biz də məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdik.

Ağsu Rayon İcra Hakimiyyyəti başçısının birinci müavini İqbal Mikayılov məsələnin araşdırlımasını Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Füzuli Kərimliyə tapşırdı.

Füzuli müəllim isə araşdırmadan sonra açıqlama verdi ki, mövcud siyahıda sözügedən evin bərpa olunması qeyd olunub.

Evlərin bərpası isə FHN-nə tapşırılıb. Qaydaya uyğun olaraq təşkilat evlərə yerindəcə baxış keçirir.

Baxış zamanı evin bərpaya uyğun olmadığı təqdirdə podratçı təşkilat özü akt yazaraq bərpadan imtina edir.

Belə məqamda komissiya evə yenidən baxış keçirir və uyğun qərar qəbul olunur.

Hələ ki evin smetası gəlməyib. Smeta gələndən sonra həmin evə baş çəkiləcək.

Bunu da Ağsu Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Füzuli Kərimli bildirdi.

Nə deyirik, təki problem həll olunsun. Yoxsa qarşıdan gələn soyuq qış aylarında bu evdə yaşamaq elə çöldə yaşamaq qədər çətin olar.

Bu kateqoriyadan digər videolar
Digər videolar